Mərkəzi Bank: Bank sistemində likvidliyin tənzimlənməsi üçün məcburi ehtiyatlardan istifadə olunub

Mərkəzi Bank: Bank sistemində likvidliyin tənzimlənməsi üçün məcburi ehtiyatlardan istifadə olunub
# 12 noyabr 2015 09:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 9 ayı ərzində pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyat normalarından da istifadə olunub.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

İcmalda qeyd olunub ki, pul kütləsinin dəyişimindəki son meyillər nəzərə alınaraq, habelə faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artıma dəstək vermək məqsədilə Mərkəzi Bankın müəyyən etdiyi məcburi ehtiyat norması 2%-dən 0,5%-ə endirilib.

“2015-ci ilin 9 ayında pul siyasətinə dair qərarların qəbulu zamanı pul siyasətinin həyata keçirilməsi şəraiti və inflyasiya hədəflərinə nail olma imkanları nəzərə alınınıb. Dövr ərzində pul siyasəti iqtisadi tsikldəki meyllər və pul təklifinin dinamikası, habelə qiymət və maliyyə sabitliyi hədəfləri nəzərə alınmaqla həyata keçirilib. Qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə 13 iyul 2015-ci il tarixindən etibarən Mərkəzi Bankın uçot dərəcəsi 3,5%-dən 3%-ə endirilib. Dəhlizin digər parametrlərində isə dəyişiklik edilməyib. Belə ki, dəhlizin yuxarı həddi 5%, aşağı həddi isə 0,1% səviyyəsində saxlanılıb. Dövr ərzində bank sistemi ilə likvidliyin verilməsi və absorbsiyası əməliyyatları faiz dəhlizinin parametrləri çərçivəsində aparılıb”, - deyə icmalda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR