AZAL Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar bəzi reyslərin gecikdiyini açıqlayıb

AZAL Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar bəzi reyslərin gecikdiyini açıqlayıb
# 14 aprel 2024 08:43 (UTC +04:00)

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reyslərində gecikmələr müşahidə olunur.

Qurumdan APA-ya verilən xəbərə görə, aşağıdakı reyslər təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir:

İslamabad-Bakı (J2 5144);

Dammam-Bakı (J2 8210);

Dehli-Bakı (J2 058);

Dubay-Bakı (J2 016).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR