Tikinti şirkətinin vəzifəli şəxsləri özlərini təqsirli bilməyiblər

Tikinti şirkətinin vəzifəli şəxsləri özlərini təqsirli bilməyiblər
# 11 may 2018 09:08 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MTK-nın vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Anar Məmmədov və Ramiz Quluzadə özlərini qismən təqsirli biliblər.

Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gül isə özünü təqsirli bilməyib.

Proses mayın 25-də davam etdiriləcək.

İttihama görə, Anar Məmmədov Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, şirkət "AMAY Abdulla" kimi tanına iş adamı Abdulla Abdullayevə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR