Yol qəzasında vəfat edən şəxsin ailəsinə kompensasiya verilib

Yol qəzasında vəfat edən şəxsin ailəsinə kompensasiya verilib
# 21 noyabr 2016 06:42 (UTC +04:00)

İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 17 yanvar 2015-ci il tarixdə, saat 09:15 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun İdrisiqışlaq kəndi ərazisindən keçən 142-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölümü ilə əlaqədar 5000 manat, digər nəfərin az ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə 1500 manat məbləğində kompensasiya ödənişi Azərbaycan vətəndaşına poçt vasitəsi ilə köçürülüb.

Kompensasiya ödənişi 19 noyabr 2016-cı il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR