Çində zəncirvari qəza nəticəsində 18 nəfər ölüb, 21 nəfər xəsarət alıb

Çində zəncirvari qəza nəticəsində 18 nəfər ölüb, 21 nəfər xəsarət alıb
# 15 noyabr 2017 16:00 (UTC +04:00)

Çində ağır yol-nəqliyyat hadisəsi nəticəsində 18 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

APA-nın NDTV-yə istinadən verdiyi məlumata görə, hadisə Anhoy əyalətində baş verib.

Qəza zamanı 30 avtomobil toqquşub. Bir neçə avtomobil yanıb.

Ehtimala görə, qəzaya səbəb qatı duman olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR