Azərbaycan prezidenti Gədəbəy rayonuna səfərə gəlib

Azərbaycan prezidenti Gədəbəy rayonuna səfərə gəlib
# 20 avqust 2017 08:08 (UTC +04:00)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR