Məhkəmə dələduzluqda təqsirləndirilən iş adamına bəraət verib

Məhkəmə dələduzluqda təqsirləndirilən iş adamına bəraət verib
# 11 may 2018 12:00 (UTC +04:00)

Bu gün Nizami Rayon Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Rəhman Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə vəkil İlyas Kərimov müdafiə nitqi ilə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını bildirərək, R. Tanrıverdiyev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Təqsirləndirilən R. Tanrıverdiyev də sön sözündə günahsız olduğunu deyib.

Sonra hökm oxunub. Məhkəmənin hökmü ilə R. Tanrıverdiyev barəsində bəraət hökmü çıxarılıb.

İttihama görə, R. Tanrıverdiyev tanışı Nüşabə Cəfərovanın övladını Almaniyada müalicə etdirəcəyini vəd edərək, onun 19 min 500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, R. Tanrıverdiyev iş adamı kimi fəaliyyət göstərib. O, Almaniyadan Azərbaycana qeyri-qida məhsulları gətirməklə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR