“İŞİD” ABŞ-a məxsus silah-sursatı ələ keçirib

“İŞİD” ABŞ-a məxsus silah-sursatı ələ keçirib
# 21 oktyabr 2014 23:51 (UTC +04:00)

Bakı-APA. “İŞİD” terrorçu qruplaşması Suriyanın Kobani şəhəri yaxınlığında ABŞ-a məxsus silah-sursatı ələ keçirib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hərbi yükdə xeyli sayda döyüş sursatı, qumbara və qumbaraatanlar olub.

ABŞ hərbi təyyarələri Suriya-Türkiyə sərhədində yerləşən, “İslam Dövləti” (İŞİD) terror təşkilatının mühasirəsində olan Kobani şəhərini müdafiə edən kürdlərin xalq özünümüdafiə dəstələrinə mütəmadi olaraq silah-sursat və tibbi ləvazimatlar atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR