Vladimir Jirinovski Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət edib

Vladimir Jirinovski Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət edib
# 27 sentyabr 2014 11:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, o, əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, əklil qoyub və gül dəstələri düzüb.

Daha sonra Şəhidlər Xiyabanına gedən V. Jirinovski şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR