Bakıda avtobus sürücüsü döyülüb

Bakıda avtobus sürücüsü döyülüb
# 31 iyul 2014 08:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda avtobus sürücüsü döyülüb.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azneft” dairəsində qeydə alınıb. 65 saylı xətt avtobusunun sürücüsü, 1984-cü il təvəllüdlü Famil Cavid oğlu Umarovun naməlum şəxs tərəfindən döyüldüyü bildirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR