Bakı Forumunda Azərbaycanın turizm imkanlarından bəhs edilib

Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının Mədəni marşrutlar şəbəkəsi" mövzusunda panel keçirilib.

 

APA-nın məlumatına görə, paneldə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, 2030-cu ildə dünyada turistlərin sayı 1,8 milyarda çatacaq və bu da turizmin inkişaf perspektivini göstərir.

 

Mədəniyyət və turizm nazirinin müavini Azərbaycanın qədim tarixə, çoxsaylı tarixi-mədəni abidələrə və zəngin təbii potensiala malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar yaradır. N. Səmədov Azərbaycan-Gürcüstan Transsərhəd Marşrutunun  əhəmiyyətini də vurğulayıb.

 

Avropa Şurasının Mədəni marşrutlarına dair Genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni mədəni marşrutların əhəmiyyətindən danışıb, "Müqəddəs Olavın Yolları" təşkilatının nümayəndəsi Hans Morten Lovrod Müqəddəs Olavın irsindən və təşkilatın Norveçdə dialoq və qarşılıqlı anlaşma ilə əlaqədar fəaliyyətindən söz açıb.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev panel iştirakçısı Avropa Şurasının mütəxəssisi Roman Montesə Mədəni marşrutların qədim qayaüstü incəsənət nümunələri ilə bağlı mükafat təqdim edib.  Ə. Qarayev deyib ki, qayaüstü rəsmlərlə bağlı marşrut çoxlu turistləri cəlb edəcək: "Bu Forumda iştirak edən çoxlu sayda insanlar da Qobustan qayaüstü rəsmlərinə baxmaq üçün gediblər".

 

R. Montes paneldə qədim qayaüstü rəsmlərlə bağlı təqdimatla çıxış edib. O, Forumdan sonra Qobustana gedəcəyini, Qobustandakı qayaüstü rəsmlərlə bağlı məlumat toplayacağını da nəzərə çatdırıb: "UNESCO Qobustan qayaüstü rəsmlərini, heyrətamiz Qobustan qoruğunu tanıyıb".

 

İter Vitis Mədəni Marşrutunun İdarə Heyətinin üzvü Emanuel Panke Iter Vitis Mədəni Marşrutunun 2007-ci ildə yaradıldığını və Azərbaycanın da bu marşrutun tərəfdaşı olduğunu nəzərə çatdırıb.

 

Tədbir müzakirələrlə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada guclu zelzele bas verib azi 42 nefer olub yenilenib
    Meksikada güclü zəlzələ baş verib, azı 42 nəfər ölüb - YENİL...
  • fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2
    FHN Salyanda 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı ...
fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ