Binəli Yıldırım: “Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”

bineli yildirim baki ne qeder tehlukesizdirse izmir de o qeder tehlukesizdir

“Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.

 

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri Dünya Turizm Forumunun İstanbulda keçirilən III beynəlxalq toplantısının açılışındakı çıxışında Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, indi dünyada tam təhlükəsiz ölkə yoxdur: “Terror hər yerdə var - Orta  Şərqdə də, Avropada da, ABŞ-da, Uzaq Şərqdə də. Biz terrordan qorxmamalıyıq, terrordan qorxsaq, onu törədənlərin çörəyinə yağ yaxarıq. Bu gün ABŞ və Avropa nə qədər təhlükəsizdirsə, Türkiyə də o qədər təhlükəsizdir, Paris nə qədər təhlükəsizdirsə, İstanbul da o qədər təhlükəsizdir, Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.

 

Baş nazir son 15 ildə Türkiyədə turizm və nəqliyyat sektorlarının inkişafı və ölkədə həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verib. İldə 160 milyon sərnişini qəbul edib, yola salacaq yeni İstanbul aeroportunun ilk bölümünün 2018-ci ilin fevralında açılacağını nəzərə çatdıran B. Yıldırım, turizmin inkişaf etdirilməsi üçün tarixi mirasların bərpasının önəmini qeyd edib. O, hökumətin turizmə, nəqliyyata və infrastruktur layihələrinə dəstəyinin davam edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, iştirakçılar arasında Azərbaycanın mədəniyyət  və turizm naziri Əbülfəz Qarayev, Benin, Zimbabve, Qana, Somali, Türkmənistan, Qırğızıstan, Kamboca, Türkmənistan, Özbəkistan, Rusiya və digər ölkələrin turizm və mədəniyyət sahəsindəki dövlət idarəçiləri var. Toplantı 2 gün davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ