Prezident: “Turistlərin Azərbaycana rahat gəlmələri üçün hər cür şərait yaradılıb”

prezident turistlerin azerbaycana rahat gelmeleri ucun her cur serait yaradilib

Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.

 

APA-nın məlumatına görə, görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulanıb.

 

Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Azərbaycanın turizmin inkişafı ilə bağlı Dünya Turizm Təşkilatının tövsiyələrindən uğurla bəhrələndiyi, ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyi qeyd olunub. Həmçinin yeni turizm marşrutlarının açılmasının, viza rejiminin sadələşdirilməsinin, gələcəkdə Azərbaycan vasitəsilə xüsusi tranzit reyslərin təşkilinə dair təkliflər müzakirə olunub.

 

Dövlət başçısı son illər ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini, bu baxımdan geniş imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev turistlərin ölkəmizə rahat gələ bilmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, son dörd ayda artımın 26 faiz təşkil etdiyini diqqətə çatdırıb. Azərbaycan prezidenti bildirib ki, ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qadin yanginda olub
    Bakıda qadın yanğında ölüb
  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
bakida cerime meydancasinda avtomobiller qaret edilib bakida cerime meydancasinda avtomobiller qaret edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ