“Turizm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib

turizm haqqinda qanun layihesi ikinci oxunusda muzakire edilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, komitə sədri Hadi Rəcəbli bildirib ki, layihədə birinci oxunuşla müqayisədə cüzi fərqlər var.

 

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, “Turizm haqqında” qanun layihəsindəki ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsidir: “Orada tikintiyə icazənin nəzarət orqanı tərəfindən verilməsi mübahisə predmetidir. Bununla bağlı biz Mədəniyyət və Turizm Nazirliyi ilə razılığa gəlib, mqüəyyənləşdirməliyik ki, sahibkarlar üçün əlavə problemlər yaranmasın, icazənin özü üçün bir “icazə” sənədi lazım olmasın”.

 

A. Vəliyev qeyd edib ki, layihədə turizm ekspertizası ilə bağlı maddə kifayət qədər lakonik hazırlanmalıdır. Onun sözlərinə görə, layihədə Dövlət Turizm Reyestri ilə bağlı maddəyə də dəyişiklik edilməlidir: “Burada onlayn sistemin tətbiq ilə bağlı müəyyən problemlər var. Reyestr xidmətinə onlayn müraciət olunsun və daha sonra müraciət edən şəxsin fəaliyyəti üzrə yoxlama aparılsın. Bu da müraciət edən şəxslərin fəaliyyətinin sadələşdirilməsi deməkdir”.

 

A. Vəliyev əlavə edib ki, qanun layihəsindəki 40-cı - fövqəladə hallar zamanı tədbirlərlə bağlı maddə ümumiyyətlə, götürülməlidir. Çünki buradakı məsələlər Fövqəladə Hallar Nazirliyinin əsasnaməsində kifayət qədər öz əksini tapıb. Bundan başqa, turistlərin və ekskursantların daşınması  xidmətlərinin təşkilinin tənzimlənməsi də digər normatv hüquqlarla tənzimlənir, ona görə bu maddəni də qısaltmaq olar.

 

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, Azərbaycanın turizm imkanlarının bir turizm məhsulu kimi təqdim edilməsi üçün koordinasiya işləri aparılmalıdır: “Biz nə Fövqəladə Hallar Nazirliiynin, nə də rayon, şəhər icra hakimiyyətlərinin və digər dövlət qurumlarının səlahiyyətinə giririk. İcra haçkimiyyətləri torpaqları icarəyə verir, Eekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitlə bağlı məsələləri tənzimləyir. Bu gün bu məsələlərin hamısını turizm məhsulu kimi ortaya gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin ortaq koordinasiyası lazımdır. Bizim Türkiyədən dəvət etdiyimiz təcrübəli ekspertlər bildirdilər ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da rekreasiya zonalarının inkişafı məqsədilə tikintiyə başlamaq üçün investisiya sənədi və müəssəsnin fəaliyyəti üçün ayrıca sənəd təqdim olunmalıdır. Bizim hədəflərimiz də odur ki, sahibkarlar qarşısındakı maneələləri sıfıra endirək, bölgələrdə yataq yerlərinin sayını artıraq, infrastrukturu genişləndirək. Bununla həm bölgəni inkişaf etdirək, həm də işsizliyi aradan qaldıraq”.

 

M. Qəhrəmanov qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədəki turizm potensialının nələrdən ibarət olduğunu bilməlidir: "Biz bilməliyik ki, hansı ərazilərdə termal sular var, onu necə istifadə etmək olar. Bunu Mədəniyyət və Turizm Nazirliyi etmir, müvafiq qurumlar edir. Nazirlik sadəcə, onu turizm məhsulu kimi təqdim edir”.

 

Layihə yenidən işlənməsi üçün komitədə saxlanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ