ÜMUMİ ŞƏRTLƏR

1.1 İstifadəçi bu razılaşmanı qəbul etməklə “APA Group”a məxsus platformada (bundan sonra platforma) qeydiyyatdan keçir və şərtləri qəbul etdiyini təsdiqləyir.

1.2 İstifadəçi qeydiyyat zamanı tələb olunan məlumatların doğruluğuna, zəruri olduqda sənədlərin portala yüklənməsinin təmin etməli, tələb edildikdə onun əslini və ya təsdiq olunmuş surətini təqdim etməlidir.

1.3 Platforma qaydalarda dəyişiklik etmək, qaydalara zidd hərəkətlərə görə əməkdaşlığa xitam vermək, hər hansı xidməti təklif etməkdən imtina etmək hüququnu özündə saxlayır.

1.4 Platforma qaydalarda edilən dəyişiklik barədə üzvləri məlumatlandırmağı təmin edir.

2. MƏXFİLİYİN QORUNMASI

2.1 Platforma üzvün şəxsi məlumatlarını qorumağa, texniki təhlükəsizliyə və məxfiliyə zəmanət verir.

2.2 Sənədlərin və istifadəçinin şəxsi məlumatların məxfiliyinin qorunmasına platforma məsuliyyət daşıyır. Məlumatlar yalnız müstəsna hallarda, istifadəçinin yazılı icazəsi və ya məhkəmə qərarı əsasında verilə bilər.

2.3 İstifadəçi şəxsi məlumatlarını ( şəxsi kabinet şifrəsini, login və s) digər şəxslərə verməməlidir və buna görə özü məsuliyyət daşıyır.

3. Razılaşmanı qəbul edən tərəflərin məsuliyyəti ( Qaytarılma və dəyişdirilmə şərtləri, ödəmə və ləğv etmə qaydası)

3.1 Zəruri və tələb olunan sənədlərin platformaya göndərilməməsi, yəni istifadəçinin öhdəliklərini icra etməməsi səbəbindən baş vermiş gecikmə ilə bağlı istifadəçiyə dəyən zərərə görə platforma məsuliyyət daşımır.

3.2 İstifadəçi və platforma qarşılıqlı olaraq meydana gələn, gözlənilməyən dəyişikliklər barədə bir-birini məlumatlandırmalıdır. Fors major hallarda müqaviləyə bütünlüklə və ya qismən xitam vermək və ya icrasını dayandırmaq hüququnu tərəflər özündə saxlayır.

3.3 Platformaya üzv olanlardan etik qaydalara uyğun davranmaq tələb olunur, qanunericiliyin tələblərini pozmaq yolverilməzdir. Belə hallar üzvün bloklanması və platformadan kənarlaşdırllması üçün əsasdır.

3.4 İstifadəçi yalnız seçdiyi və ödəniş etdiyi xidmətin göstərilməsini tələb edə bilər. Digər xidmətlərin göstərilməsi üçün əlavə seçim və ödəniş tələb olunur. Ödəmə sistemdən online (bank kartları vasitəsilə) və Milli Ön terminallarından balansın artırılması ilə həyata keçirilir.

3.5 Platforma göndərilən məqalə və ya yazıların (press reliz, blog yazıları və s) ümumi qəbul edilmiş etik kodeksə uyğunluğunu yoxladıqdan sonra yayımlanmasına qərar verir. Konentdə təhqir, böhtran, cinayət xarakterli və qanunvericiliklə qadağan olunmuş məlumatlartın yol verilməziyi istifadəçinin diqqətinə çatdırır. Platforma yayıpmından imtina etdiyi kontentlə bağlı edilmiş ödənişi istifadəçinin balansına geri qaytarır.

3.6 Digərinin müəllif hüququna hörmət etməməyə görə istifadəçi özü məsuliyyət daşıyır. Platforma istifadəçiyə müəllif və əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşmağı tövsiyyə edir. Başqasının müəllifi olduğu yazıların öz adından yayılmasına görə tərəflərin fikir ayrılıqları pretenziya qaydasında həll edilmədikdə tərəflər məhkəməyə müraciət edə bilərlər.

3.7 İstidafəçinin ödəniş etdiyi xidmətdən istifadə etməməsi ödənişin geri qaytarılması üçün əsas hesab edilmir.

3.8 Üzvün yaranmış (hüquqi, texniki, internet istifadəsi və s) mübahisə ilə bağlı platformaya müraciət etmək hüququ var.

3.9 Yalnız platforma ilə bağlı mübahisələrə məhkəməyə qədər pretenziya qaydasında 30 iş günü müddətində baxılır və pretenziya platforma üzərində sorğu yaratmaqla göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR