AMB-nin xalis xarici aktivləri son bir ildə 6,2% artıb

AMB-nin xalis xarici aktivləri son bir ildə 6,2% artıb
# 30 dekabr 2019 12:51 (UTC +04:00)

Dekabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 16 969,7 mln. manat təşkil edib ki, bu göstərici son bir ildə isə 948,8 mln. manat və ya 6,2%, ilin əvvəlindən 1 656,2 mln. manat və ya 10,8% artıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlindən Mərkəzi Bankın xalis xarici aktivləri son bir ayda 584,3 mln. manat və ya 3,3% azalıb.

AMB-nin xalis daxili aktivləri isə son bir ayda 879,5 mln. manat və ya 9,9%, ilin əvvəlindən 1 025,5 mln. manat və ya 11,7%, son bir ildə isə 2 029,7 mln. manat və ya 26,1% artaraq 9772,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR