İsveçrədə naməlum şəxs bıçaqla sərnişinlərə hücum edib, 6 nəfər yaralanıb

İsveçrədə naməlum şəxs bıçaqla sərnişinlərə hücum edib, 6 nəfər yaralanıb
# 13 avqust 2016 19:58 (UTC +04:00)

Bakı-APA. İsveçrədə naməlum şəxs bıçaqla sərnişinlərə hücum edib, 6 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb.

Bəzi məlumatlara görə, hücum edən şəxsin üzərində odlu silah da olub.

“Son məlumata görə, 27 yaşlı İsveçrə vətəndaşı sərnişinlərin üzərinə maye yanacaq səpib. Hücum edən şəxs bıçaqla silahlanıb. Maye yanacaq alışıb”, - deyə insidentin baş verdiyi Sankt-Qallen kantonun polisindən bildirilib.

Məlumata görə, bıçaq və yanıq xəsarətləri alan şəxslər xəstəxanalara yerləşdiriliblər. Xəsarət almış hücum edən şəxs də xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR