Qadın voleybolçularımız Avroliqa çempionu olub, Dünya Qran-prisinə vəsiqə qazanıb

Qadın voleybolçularımız Avroliqa çempionu olub, Dünya Qran-prisinə vəsiqə qazanıb
# 03 iyul 2016 17:53 (UTC +04:00)

Bakı-APA. Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyun keçirilib.

APA-nın “apasport.az” saytına istinadən verdiyi məlumata görə, turnirin həlledici matçı Bakıda baş tutub.

Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gəliblər. İlk matçda səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn millimiz əlin düşən əla imkanı boşa verməyib. Faiq Qarayevin yetirmələri rəqibinə heç bir şans verməyərək rahat qələbə qazanıb - 3:0.

Bununla da Azərbaycan yığması çempion olaraq tarixində ilk titulunu qazanıb. Hər zaman Avropanın ən güclülərindən sayılan qadın yığmamız buna baxmayaraq, heç bir yarışda çempion ola bilməyib.

Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR