Neftçalada intihar olub

Neftçalada intihar olub
# 20 avqust 2016 07:15 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı – APA. Neftçala rayonunda intihar olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Xıllı kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Cəbrayıl Əliheydər oğlu özünü yaşadığı evin həyətindəki üzüm çardağından asıb.

Onun meyiti bu gün səhər qohumları tərəfindən aşkarlanıb.

İntiharın səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR