Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

 Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 10 may 2016 11:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 9-da saat 19 radələrində Şamaxı rayonunun Pirsaat qəsəbəsində Qobustan rayon sakini Hidayət Əmirəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış “DAF” markalı avtomobilə vurub. Nəticədə H.Əmirəliyevin sərnişinlərindən Sumqayıt şəhər sakini Ramin Əsgərov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.


BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR