Putinin reytinqi düşür

Putinin reytinqi düşür
# 27 fevral 2016 08:22 (UTC +04:00)

Bakı - APA. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fəaliyyətini ölkə əhalisinin 81%-i dəstəkləyir, 19%-i dəstəkləmir. APA-nın xəbərinə görə, bu barədə "Levada" araşdırma mərkəzinin fevral ayında keçirdiyi sosioloji sorğunun nəticələrində deyilir.

Rusiya prezidentinin reytinqi 2015-ci ilin oktyabrından etibarən düşməkdədir. O zaman onun reytinqi 88% təşkil edib ki, bu, rekord göstəricidir.

Yanvar ayında V. Putinin fəaliyyətini ölkə əhalisinin 82%-i dəstəkləyib.

Onu da qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medveydevin fəaliyyətini ölkə əhalisinin 58%-i müsbət dəyərləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR