Səfir: “Azərbaycan hər zaman Türkiyə ilə həmrəyliyini nümayiş etdirib”

Səfir: “Azərbaycan hər zaman Türkiyə ilə həmrəyliyini nümayiş etdirib”
# 30 iyun 2016 13:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Türkiyədə törədilən terror hadisələrindən sonra bizimlə həmrəylik nümayiş etdirən Azərbaycan prezidenti və xalqına təşəkkürümü bildirirəm. Hər dəfə Azərbaycan həm dövlət səviyyəsində, həm də xalq olaraq Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə ortaya qoyub”.


APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Diplomat bildirib ki, İstanbulda baş verən hadisə çox sayda mülki insanın həyatına son qoyan, qəbuledilməz, xain terror hücumudur: “Əlbəttə, terror hücumları ilə yaşamağa alışmaq fikrimiz yoxdur. Bunlara qarşı ən güclü şəkildə mübarizə aparacağıq. Amma bu, təkcə Türkiyənin problemi deyil. Dünyanın müxtəlif yerlərində Avropada, Amerikada, Pakistanda, Afrikada ortaya çıxan problemdir. Bu problemlə mübarizə aparmaq üçün birlik olmaq lazımdır. İstanbuldakı hücumdan sonra Azərbaycanla yanaşı, müttəfiqlərimizdən həmrəylik mesajları gəldi. Lakin vacib olan hadisənin qarşısını almaqdır. Bu məsələni həll etməliyik. Hədəf təkcə Türkiyə deyil, insanlıqdır. Bütün terror mənbələri ilə eyni qətiyyətlə mübarizə aparılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR