Braziliya prezidenti hakimiyyətdən kənarlaşdırılıb

Braziliya prezidenti hakimiyyətdən kənarlaşdırılıb
# 12 may 2016 12:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Braziliya parlamentinin yuxarı palatası - Senat ölkə prezidenti Dilma Rusefin hakimiyyətdən kənarlaşdırılmasına səs verib.

APA-nın RBK-ya istinadən yaydığı xəbərə görə, 55 senator qərarın lehinə, 22-si isə əleyhinə səs verib. Bununla da prezidentin impiçmenti proseduru yekunlaşıb.

Braziliya prezidenti Senatın yekun qərarı barədə rəsmən məlumatlandırılacaq. Onun büdcə pozuntuları ilə əlaqədar mühakimə olunacağı gözlənilir.

Məhkəmənin davam etdiyi müddətdə prezident səlahiyyətlərini vitse-prezident Mişel Temer icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR