Ukraynanın Lutsk şəhərində partlayış baş verib

Ukraynanın Lutsk şəhərində partlayış baş verib
# 19 sentyabr 2016 03:56 (UTC +04:00)

Bakı-APA. Bu gecə Ukraynanın Lutsk şəhərində (Volınsk vilayəti) partlayış baş verib.

APA-nın Ukraynanın “Telegraf” saytına istinadən verdiyi xəbərə, insident “Qrand Volın” ticarət mərkəzinin yaxınlığındakı avtomobil dayanacağında qeydə alınıb.

İlkin məlumata əsasən, partlayıcı qurğu “Leksus” markalı avtomobilin altına yerləşdirilib.

Partlayış nəticəsində həmçinin dörd avtomobilə ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR