Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133-ə çatıb

Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133-ə çatıb
# 12 sentyabr 2016 05:49 (UTC +04:00)

Bakı-APA. Şimali Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 400 nəfər itkin düşmüş hesab edilir.

Məlumata əsasən, ölkədə yağan aramsız yağışlar səbəbindən Tumanqan çayı məcrasından çıxaraq daşqınlar əmələ gətirib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə, 107 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR