OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib
# 20 avqust 2016 07:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Neft İxracatçıları Ölkələri Təşkilatı (OPEC) 2016-cı ildə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib.

APA-Economics” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təşkilatın neft bazarları ilə bağlı iyul hesabatında olduğu kimi avqust ayı hesabatında da bildirilir ki, 2015-ci il ilə müqayisədə bu il Azərbaycanda neft hasilatı gündəlik 10 min barel azalaraq 0,85 mln. barel təşkil edəcək.

Qeyd edək ki, iyun hesabatında OPEC bu il Azərbaycanda neft hasilatının gündəlik 20 min barel azalaraq 0,84 mln. barel olacağını bəyan etmişdi.

Təşkilat yeni layihələrin olmaması səbəbindən 2017-ci ildə Azərbaycanda neft hasilatının gündəlik 40 min barel azalacağını proqnozlaşdırır.

Yeri dəlmişkən, OPEC-in hesablamalarına görə, gələn il neftə tələbat gündəlik olaraq 0,09 mln. barel artaraq 95,41 mln. barel təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR