Bakıda 48 yaşlı qadın özünü yandırıb

Bakıda 48 yaşlı qadın özünü yandırıb
# 16 iyun 2016 16:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir intihar hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Zənfurə Əsəd qızı Əhmədova üzərinə yancaq tökərək özünü yandırıb. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR