Doha görüşü sonrası neft 2 dollaradək ucuzlaşıb

Doha görüşü sonrası neft 2 dollaradək ucuzlaşıb
# 18 aprel 2016 04:47 (UTC +04:00)

Bakı - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,89 dollar azalaraq 38,47 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,73 dollar azalaraq 41,37 dollar olub.

Neftin ucuzlaşmasına OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməməsi olub. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.

Eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR