Gəncədə baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Gəncədə baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər yaralanıb
# 20 may 2016 11:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə şəhərində şəhər sakini Surac Abdullayev idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR