Şirkət rəhbəri və anasını qətlə yetirən şəxsin şikayəti təmin olunmayıb

Şirkət rəhbəri və anasını qətlə yetirən şəxsin şikayəti təmin olunmayıb
# 01 oktyabr 2016 07:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.

Qeyd edək ki, R. Allahverdiyev Janna Hənifəyevna Məhərrəmova və onun oğlu, 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovu yaşadıqları evdə mübahisə zəminində qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Alllehverdiyev apellyasiya şikayəti verib. O, ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.

A.Məhərrəmov “Biznes Dialoq” konsaltinq xidmətləri şirkətinin rəhbəri, "Business-dialogue.az" saytının təsisçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR