Qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsinə görə cərimələr artırılıb

Qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsinə görə cərimələr artırılıb
# 06 may 2016 12:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar cərimələr artırılıb.


APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisdə qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, hazırda lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və keçirilməsinə, o cümlədən edilir. qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsinə görə 1500 manatdan 2000 manatadək cərimə tətbiq edilir. Dəyişiklikdən sonra bu əməllərlə bağlı cərimələrin miqdarı 3000 manatdan 4000 manatadək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR