ABŞ Rusiyanı Nadejda Savçenkonu dərhal azadlığa buraxmağa çağırıb

ABŞ Rusiyanı Nadejda Savçenkonu dərhal azadlığa buraxmağa çağırıb
# 23 mart 2016 00:51 (UTC +04:00)

Bakı-APA. “Ukraynalı pilot Nadejda Savçenkonun 22 il müddətinə həbs cəzasına məhkum edilməsi ədalətlilik prinsiplərinə hörmətsizlik nümayiş etdirir və Rusiyanın Minsk sazişi çərçivəsindəki öhdəliklərinə ziddir. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

“Biz yenidən Rusiyanı Nadejda Savçenkonu və digər qanunsuz saxlanılan şəxslərin dərhal azadlığa buraxmağa çağırırıq”, - deyə Kirbi bəyan edib.

O əlavə edib ki, Savçenko evinə, ailəsinə və dostlarının yanına geri dönməyə və Radadakı həmkarlarına qoşularaq ölkəsi üçün daha yaxşı gələcək qurulması istiqamətində çalışmağa layiqdir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Savçenkoya qarşı məhkəmə prosesini Minsk sazişinə hörmətsizlik adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR