Adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşları apellyasiya şikayəti veriblər

Adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşları apellyasiya şikayəti veriblər
# 15 sentyabr 2016 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşları Vang Li Yong və Vang Kang Yongun barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.


APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində şikayət üzrə məhkəmənin ilkin baxış iclası sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, onlar 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini oğurlayaraq, Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun həyat yoldaşı Huonq Suzhendən 22 min ABŞ dolları alaraq, onları azad ediblər.

Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə Vang Li Yong və Vang Kang Yongun hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR