Ziyad Səmədzadə bank sektorundakı konsolidasiyanı dəstəkləyib

Ziyad Səmədzadə bank sektorundakı konsolidasiyanı dəstəkləyib
# 10 fevral 2016 10:11 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank sektorunda konsolidasiya aparılmalıdır". "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

"Bəzi kommersiya banklarında problemlər var, onların fəaliyyəti sağlamlaşdırılmalıdır", - deyə Z. Səmədzadə bildirib.

Millət vəkili qeyd edib ki, kommersiya bankları kreditləşmə siyasətində real sektora daha çox üstünlük verməlidir: "Real sektora yönələn kreditlər üzrə faiz dərəcəsi də azaldılmalıdır".

O əlavə edib ki, banklar regionlarda ipoteka kreditləşməsini aktivləşdirməlidir. Onun fikrincə, bu addım regionları, onların iqtisadiyyatını canlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR