Çimərlikdə başına dəmir düşən şəxs ölüb

Çimərlikdə başına dəmir düşən şəxs ölüb
# 19 avqust 2016 10:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Müqabil Hacıyev başına futbol qapısının tiri düşməsi nəticəsində ölüb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR