Şəmkir sakini sirkə turşusundan zəhərlənib

Şəmkir sakini sirkə turşusundan zəhərlənib
# 10 noyabr 2015 12:14 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda zəhərlənmə hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zəyəm Cırdaxan kənd sakini, 1994-cü il təvəllüdlü İlkin Nadir oğlu Məmmədov sirkə turşusundan zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. N. Məmmədov yanılaraq sirkə turşusu içdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR