Səhiyyə Nazirliyi: Quduzluğa yoluxan qadının vəziyyəti sabit ağır olaraq qalır

Səhiyyə Nazirliyi: Quduzluğa yoluxan qadının vəziyyəti sabit ağır olaraq qalır
# 26 may 2016 10:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Zaqatalada quduzluq xəstəliyinə yoluxan Pəri Turacovanın vəziyyəti sabit ağır olaraq qalır.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, mütəxəssislərlə daim məsləhətləşmələr aparılır, xəstə sakitləşdirici təyinat alır.

Qeyd edək ki, mayın 22-də Zaqatalanın Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onu xeyli vaxt əvvəl yaşadığı kənddə küçə iti dişləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR