Sabah Azərbaycanda hava şəraiti yağmursuz keçəcək - VİDEO

Sabah Azərbaycanda hava şəraiti yağmursuz keçəcək - <span style="color: red;">VİDEO
# 24 sentyabr 2015 09:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR