Misirin güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir

Misirin güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir
# 04 mart 2016 13:56 (UTC +04:00)

Bakı - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 4-də Misir Ərəb Respublikasının Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri xanım, Suzan Mohamed Gamil ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib.

O, regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Görüşdə, yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR