Bakıda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 09 yanvar 2016 13:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də paytaxt sakini İlham Ağayevin 700 manatını quldurluq yolu ilə almış Neftçala rayon sakinləri Elnur Səfərov, qardaşı Seymur və Zaqatala rayon sakini İntiqam Hacıyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR