ANAMA Dağlıq Qarabağ ətrafında və BTC kəməri keçən ərazilərdə təmizləmə aparacaq

ANAMA Dağlıq Qarabağ ətrafında və BTC kəməri keçən ərazilərdə təmizləmə aparacaq
# 04 mart 2016 10:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2016-cı il ərzində Dağlıq Qarabağ ətrafındakı rayonlarda, Ağstafa rayonunun Ceyrançöl ərazisində və Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac boru kəməri keçən ərazilərdə 34346865 kv.m ərazinin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən təmizləmə işləri aparıldıqdan sonra, monitorinq keçirməklə, tam təhlükəsiz vəziyyətdə yerli sakinlərə təhvil verilməsi planlaşdırılır.

APA-nın xəbərinə görə, bu haqda Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, həm dövlət sifarişi çərçivəsində, həm də müxtəlif icra strukturları tərəfindən müraciətlər əsasında təmizlənmiş bütün ərazilərdə agentliyin müvafiq qrupları tərəfindən yekun monitorinq və keyfiyyət yoxlaması tədbirləri aparılıb, ərazilərə təhlükəsizlik sənədləri ilə təmin olunub və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR