Klinton səhhəti ilə əlaqədar Kaliforniyaya səfərini ləğv edib

 Klinton səhhəti ilə əlaqədar Kaliforniyaya səfərini ləğv edib
# 12 sentyabr 2016 05:27 (UTC +04:00)

Bakı-APA. Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi, sabiq dövlət katibi Hillari Klinton səhhəti ilə əlaqədar Kaliforniyaya səfərini ləğv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Klinton seçkiqabağı kampaniya çərçivəsində sentyabrın 12-13-də Kaliforniyada bir sıra görüşlər keçirməli idi.

Ötən gün Hillari Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o , rəsmi mərasimi başa çatmamış tərk edib. Həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR