Merkel: “Aİ Avropaya qanunsuz miqrasiyanı dayandırmaq istəyir”

Merkel: “Aİ Avropaya qanunsuz miqrasiyanı dayandırmaq istəyir”
# 24 aprel 2016 02:23 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Avropaya qanunsuz miqrasiyanı dayandırmağa və qaçqınlara daha çox şans verməyə çalışır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel Türkiyəyə səfəri zamanı mətbuat konfransında bildirib.

“Bizim məqsədimiz sadəcə qeyri-leqal miqrasiyanı dayandırmaq deyil, biz insanların bu təhlükəli yolla getməsinə mane olmağa çalışırıq. Onlar öz vətənlərinin yaxınlığında daha çox şans əldə etməlidirlər”, - deyə Merkel qeyd edib. Kanslerin sözlərinə görə, Aİ-Türkiyə əməkdaşlığının vəzifəsi məhz bundan ibarətdir.

“Çoxlu sayda ağır travma almış valideynlər, yetim, əlil uşaqlar. Mən şadam ki, Avropa Komissiyası onlara yardımın göstərilməsi üçün fəal şəkildə yeni layihələr irəli sürür. Mühüm əhəmiyyət kəsb edən fakt odur ki, Türkiyə daha çox yardım alacaq”, - deyə Merkel qeyd edib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermans və Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərindəki suriyalı qaçqınların “Nizip-2” düşərgəsində olublar.

Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Daha sonra kansler və Aİ rəhbərləri düşərgənin ərazisində Ailə Mərkəzinin açılış mərasimində iştirak ediblər. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı rejimdə keçirilib.

Qeyd edək ki, Aİ Türkiyədə qaçqınlarla bağlı layihələrin icrasına ümumilikdə 6 mlrd avro ayırmağa hazırlaşır. Məhz bu məsələ danışıqların əsas mövzusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR