SOCAR qaçqın və məcburi köçkünlərə bayram sovqatı verib

SOCAR qaçqın və məcburi köçkünlərə bayram sovqatı verib
# 29 dekabr 2015 13:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR