Sabah havanın temperaturu 21 dərəcəyədək yüksələcək

Sabah havanın temperaturu 21 dərəcəyədək yüksələcək
# 01 mart 2016 09:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Martın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub –qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinuin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda xeyli güclənən gilavar küləyi meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR