“RƏY” Bakı və Sumqayıtda 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində “exit-poll” keçirəcək - VİDEO

“RƏY” Bakı və Sumqayıtda 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində “exit-poll” keçirəcək - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “exit-poll” keçirəcək “RƏY” Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, R. Abbasov noyabrın 1-də “RƏY” Monitorinq Mərkəzinin Bakı və Sumqayıtda 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində “exit-poll” təşkil edəcəyini bildirib.

“Exit-poll” “RƏY” Monitorinq Mərkəzinin könüllüləri və təşkilatın öz maliyyəsi hesabına keçiriləcək. “Exit-poll”a 100-ə yaxın intervyuer cəlb olunacaq. “RƏY” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini seçkilər bitəndən 1 saat sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası oktyabrın 22-də “RƏY” Monitorinq Mərkəzinin Milli Məclisə noyabrın 1-də təyin edilmiş seçkilərdə “exit-poll” keçirilməsi ilə bağlı müraciətinə baxılıb və müraciətlə bağlı müsbət qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR