Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan 47 nəfər haqqında ölüm hökmü icra edilib

Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham olunan 47 nəfər haqqında ölüm hökmü icra edilib
# 02 yanvar 2016 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.

Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR