Bu il Respublika Klinik Xəstəxanasına 13 mindən çox xəstə daxil olub

Bu il Respublika Klinik Xəstəxanasına 13 mindən çox xəstə daxil olub
# 04 avqust 2016 09:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2015-ci ildə Respublika Klinik Xəstəxanasına 14912 xəstə, 2016-cı ilin 6 ayı ərzində isə 13140 xəstə daxil olub. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov bildirib ki, xəstəxanada xəstələr zəruri ambulator və stasionar müalicə keçirlər. Onun sözlərinə görə, səhiyyə müəssisəsi Bakı şəhəri müstəsna olmaqla respublikanın rayon və şəhərlərinin səhiyyə müəssisələri üçün praktiki və metodiki mərkəzdir: "Xəstəxananın bütün şöbələri 2015-2016-cı illərdə təmir edilərək xəstələrin istifadəsinə verilib. 1960-cı ildən fəaliyyət göstərən 660 çarpayılıq xəstəxana çox profilli olub 23 stasionar şöbədən, 1 poliklinikadan, diaqnostik və yardımçı şöbələrdən ibarətdir. Xəstəxanada əhaliyə 326 həkim xidmət edir. Eyni zamanda xəstəxanada 556 orta tibb işçisi fəaliyyət göstərir. Onlardan 504 nəfər sertifikasiyadan keçib, 118 nəfər təkmilləşdirmə kurslarında iştirak edib. Hazırda müəssisədə 11 kafedra fəaliyyət göstərir. Kafedralarda 18 tibb elmlər doktoru və 42 tibb elmlər namizədi çalışır. Səhiyyə müəssisəsi ən müasir avadanlıqlarla - ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək aparatları və s. müasir avadanlıqlarla təchiz edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR