Kuba və ABŞ arasında hava əlaqəsi ilin sonunadək bərpa oluna bilər

Kuba və ABŞ arasında hava əlaqəsi ilin sonunadək bərpa oluna bilər
# 11 noyabr 2015 03:38 (UTC +04:00)

Bakı-APA. Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi ilin sonunadək bərpa oluna bilər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Kuba XİN-in ABŞ-la əlaqələr üzrə şöbəsinin rəhbəri Jozefina Vidal bildirib.

“Biz bir neçə həftə ərzində təqdim edə biləcəyimiz ilk razılaşmalara və sazişlərə artıq çox yaxınıq”, deyə Vidal qeyd edib.

O qeyd edib ki, iki ölkə arasında imzalanacaq sazişlər həmçinin ətraf mühitin qorunması və narkotiklərə qarşı mübarizə sahələrini də əhatə edəcək.

Qeyd edək ki, bu arada Kuba Dövlət Şurasının sədri Raul Kastro 2018-ci ildə, dövlət başçısı postunda ikinci müddətin başa çatmasından sonra istefaya getmək niyyətində olduğunu açıqlayıb.

Kuba və ABŞ arasında bu ilin yayında münasibətlərin normallaşdırılmasına dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR