Bakıda moteldə qətl törədən şəxsin şikayəti üzrə məhkəmə başlayıb

Bakıda moteldə qətl törədən şəxsin şikayəti üzrə məhkəmə başlayıb
# 15 sentyabr 2016 08:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində moteldə qətl törətməkdə təqsirləndirilən Asim Ağamalıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verən təqsirləndirilən şəxs cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR